Dünya

Britaniyalı analitik: “Qərbin erməni təxribatlarını görməzdən gəlməsinin səbəbi ikili standartlardır”

Sharing is caring!


“Qərbin erməni təxribatlarını görməzdən gəlməsinin səbəbi ikili standartlardır”.

Bu fikirləri “Report”a açıqlamasında Ukrayna Milli Universitetinin siyasi elmlər üzrə professoru, britaniyalı tədqiqatçı Taras Kuzio deyib.

“Məsələn, Fransa Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Azərbaycanın isə yox. Fransa Rusiyanın Ukraynaya qarşı ərazi revanşizminə qarşıdır, lakin Ermənistanın Qarabağa yönələn siyasətinə göz yumur”, – deyə ekspert fikrini izah edib.

Ermənilərin “humanitar böhran” yalanını hansı ehtiyacdan ortaya atdıqları məsələsinə gəldikdə isə həmsöhbətimiz bildirib ki, əksər ermənilər Qarabağın Azərbaycana daimi olaraq “verilməsi”ni qəbul edə bilmirlər:

“Buna görə də onlar Qarabağın “müstəqil”, “dondurulmuş münaqişə zonası” kimi qeyri-müəyyən müddətə qədər Bakının nəzarətindən kənarda qalmasını, Rusiya “sülhməramlı”larının nəzarətində olmasını istəyirlər. Onların Qarabağla bağlı niyyəti bu ərazinin Gürcüstanın Cənubi Osetiya və Abxaziyası, Moldovanın Dnestryanı və Ukraynanın Donbası kimi Rusiyanın nəzarətində olan əbədi dondurulmuş münaqişə zonası olmasıdır.

Ermənistan 2020-ci ilin noyabrında imzalanan Bəyanatdakı Qarabağdakı qeyri-qanuni hərbi hissələrin ləğv edilməsi ilə bağlı öhdəliyini hələ də yerinə yetirməyib. Ancaq reallıq budur ki, İrəvan çıxılmaz vəziyyətdədir, çünki Ukraynadakı hərbi məğlubiyyətlərinə görə Rusiyanın Avrasiyada gücü və nüfuzu azalır. Bundan əlavə, Rusiya sülhməramlılarının mandatının bitməsinə cəmi iki il qalıb, həmin müddət başa çatdıqdan sonra Bakı böyük ehtimalla sülhməramlıların fəaliyyət müddəti ilə bağlı uzatmaya getməyəcək”.

“Ermənilər hesab edirlər ki, onlar üçün Rusiya “sülhməramlıları”nın nəzarət etdiyi əbədi olaraq dondurulmuş münaqişə ssenarisi və ya bir-birinin ərazi bütövlüyünü tanıyan Ermənistan-Azərbaycan sülh müqaviləsi kimi iki seçim var. Onu da bilirlər ki, ikinci seçim İrəvanın birbaşa Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etməsidir. Hazırda birinci ssenarini Rusiya, ikinci ssenarini isə Aİ və ABŞ dəstəkləyir. Ermənilərin əksəriyyəti də birinci ssenariyə üstünlük verir, çünki baş nazir Nikol Paşinyan kimi Ermənistan liderlərinin 30 illik münaqişəyə son qoyan sülh müqaviləsinin müsbət nəticələrini təbliğ etməyə və lobbiçilik etməyə cəsarətləri çatmayıb, – deyə politoloq fikrini tamamlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir