Siyasət

Kamran Əliyev iki rayona yeni prokuror təyin ETDİ

Sharing is caring!


Biləsuvar və Balakən rayonlarına yeni prokurorlar təyin edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən Ramin Nağdəliyevə Biləsuvarın, Camal Bağırova isə Baləkənin prokuroru vəzifəsi həvalə edilib.

Qeyd edək ki, Ramin Nağdəliyev bundan əvvəl Binəqədi rayon prokurorunun müavini olub. Camal Bağırov isə əvvəl Biləsuvarın prokuroru vəzifəsində çalışıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir