Cəmiyyət

Cəlilabadda qanunsuz zəbt edilmiş torpaq sahəsi ümumi istifadəyə verilib – FOTO

Sharing is caring!


Cəlilabad rayonunda qanunsuz zəbt edilmiş torpaq sahəsi ümumi istifadəyə verilib.

“Report”un məlumatına görə, rayonun Soyuqbulaq kəndi ərazisində yerləşən bələdiyyəyə məxsus bulaq ərazisi vətəndaş M.S. tərəfindən zəbt olunub. Nəticədə həmin ərazidə qanunsuz balıq gölü yaranıb və sakinlərin həmin ərazidən istifadəsi məhdudlaşıb.

Kənd sakinlərinin müraciəti əsasında müvafiq dövlət orqanlarının iştirakı ilə texnika vasitəsilə torpaq sahəsi və su axarı zəbtdən azad olunaraq, örüş ərazisi kimi ümumi istifadəyə verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir