Cəmiyyət

Mansard tipli sahələrin sayğaclaşdırılması nə üçün baha başa gəlir? – AÇIQLAMA

Sharing is caring!

“Xüsusi icazəsi olan MTK-lar, tikinti təşkilatları ilə müqavilə imzalanır. Qaz təsərrüfatı infrastrukturu qurulur, texniki icra sənədləri tikinti podratçı təşkilatlar tərəfindən hazırlanaraq dövlət qurumlarından qeydiyyatdan keçirilir. Sonda isə sənədlər “Azəriqaz” İB-yə təqdim edilir”.

Oxu.Az xəbər verir ki, bu barədə SOCAR “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalıyev qurumun “Facebook” üzərindən canlı yayımında deyib.

O vətəndaşın mansard tipli sahələrin sayğaclaşdırılmasının nə üçün baha olduğuna dair sualını belə cavablandırıb:

“Təqdim edilən sənəd əsasında mütəxəssislər tərəfindən yerində qaz təsərrüfatına baxış keçirilir. Əgər qaz xətləri tikintinin normativlərinə uyğundursa, ən qısa zamanda, yəni 3-5 iş günü ərzində hər bir təbii qaz istehlakçısı ilə təbii qazın alqı-satqı müqaviləsi bağlanır. Onlar abonent kimi qeydiyyata alınır”.

O qeyd edib ki, MTK-larda mansard sahəsi yaşayış sahəsi kimi qeydiyyata alınmayıbsa, orada təbii qaz sayğacı quraşdırılmır:

“Mansard tipli sahələr tikinti şirkəti tərəfindən yaşayış sahəsi kimi qeydiyyata salınmayıbsa, ora təbii qaz sayğaclarının quraşdırılması mümkün deyil. Həmin mənzilləri alarkən, MTK ilə müqavilə bağlayarkən mansard sahəsinin tikintidə yaşayış ərazisi kimi qeydiyyata alındığından əmin olmaq lazımdır”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir