Siyasət

Şuşada seçicilərin aktivliyi müşahidə olunur – VİDEO

Sharing is caring!


Növbədənkənar prezident seçkisi işğaldan azad olunan Şuşa şəhərində da seçicilərin aktivliyi ilə müşahidə olunur.

Oxu.Az xəbər verir ki, 105 sayılı Şuşa seçki dairəsinə seçicilər axın edir.

Bildirilib ki, xarici ölkələrdən gələn müşahidə qrupları mütəmadi olaraq seçki məntəqələrində bütün prosesi müşahidə edirlər.

Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.

Ölkə üzrə səsvermə hüququ olan 6 milyon 478 min 623 seçici qeydə alınıb. Seçicilər 6537 məntəqədə səs verəcəklər. İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir. Həmçinin 37 ölkədə 23 minə yaxın seçici 49 məntəqədə səs verə biləcək.

Seçkiləri izləmək üçün 90 mindən artıq müşahidəçi qeydə alınıb. Bunun 790 nəfəri beynəlxalq müşahidəçidir. Müşahidəçilərin 50 mindən çoxu isə 19 siyasi partiyanın nümayəndəsidir. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən 83 qeyri-hökumət təşkilatı da müşahidə aparır. Həmçinin seçkiləri 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi izləyir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir