Dünya

Vətən müharibəsi zamanı separatçıları dəstəkləyən rusiyalı “hərbi müxbir” saxlanıldı

Sharing is caring!


44 günlük müharibə zamanı separatçı ermənilərin fəaliyyətini işıqlandıran rusiyalı “hərbi müxbir” Andrey Kots Moskvada narkotik maddə ilə saxlanılıb.

Məlumata görə, hadisə fevralın 10-na keçən gecə baş verib.

Bildirilir ki, polislər küçədə onu saxlayıblar. Kots narahat olmağa başlayanda isə hüquq-mühafizə orqanlarının əməkdaşları şübhələniblər və axtarış aparmaq qərarına gəliblər. Jurnalistin üzərindən iki qram marixuana aşkar edilib.

Kots narkotik maddəni saxlanılmazdan az əvvəl aldığını etiraf edib.

Axtarış zamanı aşkar edilən qadağan olunmuş maddənin miqdarı az olduğuna görə ona qarşı cinayət işi qaldırılmayıb. Bununla belə, narkotik vasitəni jurnalistə satan şəxs barəsində işin başlanması məsələsi həll olunur.

Mənbə: “Baza” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir