Dünya

Mayk Tayson Holifildlə görüşüb, qulağını dişlədiyi oyunu xatırlayıb

Sharing is caring!


Əfsanəvi boksçu, keçmiş dünya çempionu Mayk Tayson sosial şəbəkələrdə məşhur həmyerlisi, iki çəki kateqoriyasında keçmiş dünya çempionu Evander Holifildlə şəklini paylaşıb.

“Biz dişləmə olan döyüşdən sonra çox yol qət etmişik”, – deyə Tayson yazıb.

“Mən səni sevirəm, Mayk”, – deyə Holifild cavab verib.

Xatırladaq ki, revanş görüşündə Tayson Holifildin qulağının bir hissəsini dişləmişdi.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir