Siyasət

Azərbaycanda 950 il yaşı olan “Qurani-Kərim” kitabı nümayiş olunub – VİDEO

Sharing is caring!


Bakıda qədim “Qurani-Kərim” kitablarının sərgisi açılıb.

Belə ki, sərgidə 150 qədim “Qurani-Kərim” kitabı sərgilənir. Burada həmçinin müxtəlif şairlərin dini şeirləri nümayiş olunur.

Müqəddəs kitablar ayrı-ayrı rayonlardan nümayiş olunmaq üçün gətirilib. Əksəriyyətinin isə yaşı çox olduğundan bərpaya ehtiyacı var. Sərgidə 950 yaşı olan “Qurani-Kərim” kitabı nümayiş olunub.

Qeyd edək ki, qədim “Quran” kitablarının gələn il Şuşada nümayiş olunması nəzərdə tutulur.

Daha ətraflı “ARB Xəbər”in süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir