İqtisadiyyat

Naxçıvan NK: Sığorta Xidməti ləğv edilsə də, öhdəliklərini icra edəcək

Sharing is caring!


“Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti” (DSX) ləğv edilsə də, sığortalılar qarşısında öhdəliklərini icra edəcək.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetindən bildirilib.

Qeyd edilib ki, bu il mayın 3-də xidmət Naxçıvan MR Ali Məclisinin müvafiq Sərəncamı ilə ləğv edilib. Xidmətin ləğv edilməsi ilə əlaqədar olaraq Naxçıvan MR İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş tədbirlər həyata keçiriləcək. Həmçinin, xidmətin sığortalılar qarşısında üzərinə götürdüyü öhdəliklər, bağlanmış müqavilələrdə tərəflərin öhdəlikləri qanunvericiliyə uyğun olaraq təmin ediləcək.

“Qüvvədə olan hər hansı bağlanmış müqaviləyə xitam verilməsi nəzərdə tutulmur. Xidmət fəaliyyətini dayandırsa da mövcud qanunvericilik çərçivəsində öhdəliklərin başa çatdırılması təmin ediləcək”, – deyə Naxçıvan MR Nazirlər Kabinetindən əlavə edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir