Dünya

İsveçin mülki müdafiə nazirindən müharibə anonsu: “Xalqımız buna hazır olmalıdır”

Sharing is caring!


Mülki müdafiə naziri Karl Oskar Bolin İsveçin müharibəyə başlaya biləcəyi barədə xəbərdarlıq edib.

Bu barədə o, Dalarna regionunda Salen hərbi bazasında keçirilən Milli Konfransda çıxışında deyib.

Nazir Rusiyanın təhdidlərinə ciddi yanaşmaq lazım olduğunu vurğulayıb:

“İsveçdə müharibə ola bilər və xalqımız buna hazır olmalıdır”, – deyə o bildirib.

İsveçin 210 ildir müharibə etmədiyini xatırladan Bolin əlavə edib:

“Rusiyanın Ukraynaya hücumu nəticəsində Avropada onsuz da yaxşı olmayan təhlükəsizlik vəziyyəti daha da pisləşib. Təxminən 210 ildir ki, sülh İsveç xalqı üçün xoş bir yoldaş olub. Amma bu gün hər şey dəyişib və təhlükəsizlik vəziyyəti daha da pisləşib. Məsul nazir kimi bunu İsveç xalqına izah etmək mənim məsuliyyətimdir”, – deyə qurum rəhbəri qeyd edib.

O bildirib ki, İsveç hökuməti insanlarda ölkənin müharibəyə gedə biləcəyi barədə anlayış ​​yaratmaqla ölkənin müdafiə qabiliyyətini artırmağa çalışır.

Mənbə: “Anadolu” Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir