Dünya

Türkiyədə dolu evin damını çökdürdü: Ana və uşaqları dağıntılar altında həlak oldular

Sharing is caring!

Türkiyənin Qars şəhərinin Verimli kəndində leysan və dolu nəticəsində evin torpaq damı çöküb.

Həmin vaxt evdə olan ana Songül Budak və uşaqları – 10 yaşlı Bedirhan Budak və səkkiz yaşlı Boran Budak həlak olub.

Evdən yaralı halda sağ çıxa bilən 12 yaşlı Sibel Budak vəziyyəti qonşulara çatdıraraq kömək istəyib.

Qonşular dağıntılar altında qalan qadını və uşaqlarını xilas etmək üçün çalışıblar.

Hadisə yerinə gələn xilasedicilər onları dağıntılar altından çıxarsalar da, həmin şəxslərin artıq həlak olduqları müəyyən edilib.

Sibel Budak isə xəstəxanaya aparılıb.

Mənbə: TRT Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir