Hadisə manset

İctimai Televiziyanın binasındakı yanğın söndürüldü – YENİLƏNİB

Sharing is caring!

Bakının Yasamal rayonu Şərifzadə küçəsində, İctimai Televiziyanın yerləşdiyi binada yanğın baş verib.

XəbərAl.az xəbər verir ki, hadisə binanın 3-cü mərtəbəsindən başlayıb.

Genişlənən yanğın binanın yuxarı mərtəbələrində də müşahidə olunur. Yanğının nədən qaynaqlandığı hələlik məlum deyil.

İlkin məlumata görə, hadisə zamanı televiziyanın iki əməkdaşı tüstüdən zəhərlənərək xəsarət alıb. Onlara əraziyə cəlb olunmuş təcili tibbi yardım briqadaları tərəfindən yardım göstərilir.

Hazırda ərazidə yanğının söndürülməsi işləri aparılır. Hadisə yerinə FHN-in bir neçə yanğınsöndürən maşını cəlb olunub.

01.50

İctimai Televiziyanın yerləşdiyi binada baş verən yanğının qarşısı alınıb.

XəbərAl.az-ın məlumatına görə, yanğın FHN-in yanğınsöndürənləri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir