Dünya

İsrail ordusu Qəzza zolağına hava və artilleriya zərbələri endirib

Sharing is caring!


Qəzza zolağında quru əməliyyatı zamanı İsrail Müdafiə Ordusu yaraqlıların mövqelərinə havadan və artilleriyadan zərbələr endirib.

Bu barədə İsrail silahlı qüvvələrinin bəyanatında deyilir.

“Quru qoşunları aviasiya və artilleriya ilə hücum edib. Terrorçular məhv edilib, bölmələr üçün təhlükə aradan qaldırılıb”, – deyə məlumatda deyilir.

Döyüş zamanı Qolan briqadasının 13-cü batalyonunun piyada bölmələri və 53-cü batalyonun zirehli texnikası Qəzza zolağında xeyli sayda düşmən qüvvələri ilə qarşılaşıb.

“Terrorçular onlara tank əleyhinə raketlər atıb, həmçinin kustar üsulla hazırlanmış partlayıcıları işə salıblar”, – deyə İsrail Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir