Siyasət

Serbiyalı sabiq deputat: “Rəqəmsal erada informasiya bir silahdır”

Sharing is caring!


“Azərbaycan nadir yerlərdən biridir ki, burada bütün dillərdə danışmaq olar. Prezident İlham Əliyev ötən gün Qoşulmama Hərəkatı barədə danışdı. Mən də elə bu Forumu “Qoşulmama Mediası” adlandıra bilərəm”.

AZƏRTAC xəbər verir ki, bunu Şuşa şəhərində keçirilən Qlobal Media Forumunun “Mediada investisiya və istehlak tendensiyaları” adlı sessiyasında çıxışı zamanı Strateji Araşdırmalar Forumunun təsisçisi və prezidenti, Serbiya parlamentinin sabiq deputatı Neven Cvetiçanin söyləyib.

Rəqəmsal erada informasiyanın bir silah olduğunu vurğulayan sabiq deputat deyib:

“Bəzən mən mediadan, bəzən isə media məndən istifadə edir. Beynəlxalq münasibətlərin gerçəkliyi, realizm mediada vacib sayılan amillərdəndir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir