Cəmiyyət

Tərtərdə yanğın baş verib – FOTO/VİDEO

Sharing is caring!


Tərtər rayonu, N.Nərimanov küçəsində yerləşən fərdi yaşayış evlərinin birində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunublar.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 512 kv.m olan anbar kimi istifadə olunan ikimərtəbəli fərdi yaşayış evinin 15 kv.m çardaq hissəsi, 2-ci mərtəbəsində pilləkən qəfəsinə yığılmış müxtəlif mallar, bir ədəd taxtadan ibarət pəncərə çərçivəsi və ona bitişik ümumi sahəsi 204 kv.m mağazanın lambirindən ibarət üzlüyü 12 kv.m sahədə yanıb. Evin böyük hissəsi, mağaza və yaxınlıqda yerləşən digər yaşayış evləri yanğından mühafizə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir