Kriminal

Samuxda qanunsuz saxlanılan silah-sursat aşkar edilib

Sharing is caring!


Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması məqsədilə profilaktiki-əməliyyat  tədbirləri davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, bu istiqamətdə Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayonun Füzuli, Alıuşağı kəndlərinin və Nəbiağalı qəsəbə sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı və kalibrli ümumilikdə 3 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Bundan başqa Rayon Polis Şöbəsinə rayonun Nəbiağalı qəsəbəsindəki yol kənarında odlu silah olması barədə məlumat daxil olub. Polis əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib və bir ədəd “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb

Silahlar aidiyyəti üzrə təhvil verilib. Faktlar üzrə Samux RPŞ-də müvafiq araşdırmalar aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir