Dünya

Fellininin muzası olan aktrisa vəfat edib – FOTO

Sharing is caring!


İtaliyalı aktrisa Sandra Milo 90 yaşında vəfat edib.

Məşhur kinorejissor Federiko Fellininin muzası adlandırılan aktrisa məşhur “Səkkiz yarım” (“Otto e mezzo”, 1963) və “Cülyetta və ruhlar” (“Giulietta degli spiriti”, 1965) filmlərində rol alıb. Milo, həmçinin, italyan neorealizminin digər böyük rejissorları ilə, o cümlədən onun qurucusu Roberto Rossellini ilə işləyib.

Ümumilikdə onun 100-dən çox rolu var. O, həyatının son ilinə qədər aktiv qalıb. 2020-ci ildə Milo kinoya verdiyi töhfəyə görə İtaliyada Xarici Mətbuat Assosiasiyası tərəfindən Qızıl Qlobus Mükafatına layiq görülüb. Bir il sonra o, İtaliyanın “David di Donatello” Kino Akademiyası tərəfindən analoji mükafata layiq görülüb.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir