Siyasət

Qüdrətli, BÜTÖV AZƏRBAYCANIN banisi ölkə başçımız İlham Əliyevə səs verək

Sharing is caring!

Ulu öndər Heydər Əliyevin qurucusu və memarı olduğu müasir Azərbaycanı dünya arenasında uğurlu və qalıb dövlət səviyyəsinə ucaldan, dünyaçaplı siyasi lider, möhtərəm, Cənab Prezident İlham Əliyev hər bir azərbaycanlının iftixarı və qürur mənbəyidir. 

İlham Əliyev İkinci Vətən savaşını və 24 saatlıq antiteror əməliyyatını zəfərlə başa çatdırmaqla Azərbaycanda, regionda və Dünyada erməni mifinə ağır və sarsıdıcı zərbələr vurdu və Dünyanın ən ciddi problemlərindən olan Qarabağda erməni separatizmini ləğv etməklə xilaskarlıq missiyasını uğurla yerinə yetirdi.

Müstəqillik qazanıldıqdan sonra bütövləşmiş Azərbaycan Respublikasında erməni işğalı nəticəsində Qarabağdan və Şərqi Zəngəzurdan didərgin düşən soydaşlarımız ilk dəfə olaraq doğma yurdlarında seçkilərdə iştrak etmək imkanı qazanmışdır. Bu, xəyalların gerçəyə çevrilməsinin müəllifi cənab İlham Əliyevdir. 

Ölkə başçımız İlham Əliyevin dövlətimizə rəhbərlik etdiyi 20 il Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, ölkəmizin nüfuzu Beynəlxalq səviyyədə güclənmiş, Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir.

Bütün liderlilik xüsusiyyətlərini özündə cəmləşdirən, yüksək intellekti, dərin analitik istedadı, mahir diplomatlıq bacarığı, unikal idarəçilik keyfiyyətləri İlham Əliyevi liderlik etolonuna qədər yüksəltmişdir.

Ölkəmizi qalib ölkəyə, xalqımızı qalib xalqa çevirən, dövlətimizi regionun lider dövləti səviyyəsinə qaldıran, Dünyada söz sahibi edən, Vətənimiz Azərbaycanı bütün varlığı ilə sevən, sevdiyi xalqımıza qırılmaz tellerlə bağlı olan alternativsiz liderimiz İlham Əliyevə səs verib, etimad göstərmək hər birimizin vətəndaçlıq borcudur.

Dəyərli həmvətənlər!

Sizi 07 fevral 2024-cü ildə böyük coşqu ilə məntəqələrə gəlib, Dünya səviyyəli liderimiz İlham Əliyevə səs verməyə dəvət edirəm.

Uca Tanrı millətimizi və Liderimizi qorusun! 

Amin!

Günay Ağamalı

Ana Vətən Partiyası sədrinin Humanitar və

 Kommunikasiya məsələlər üzrə müşaviri, 

Qadınlar Şurasının sədri

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir