Cəmiyyət

Qəbələdə vətəndaşlardan qanunsuz odlu silahlar götürülüb – FOTO

Sharing is caring!


Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və könüllülük prinsipi əsasında təqdim olunması məqsədilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlər ərzində bu istiqamətdə keçirilən tədbirlər zamanı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları altı tüfəng aşkarlanaraq götürülüb.

Həmçinin, aparılan profilaktiki tədbirlər nəticəsində isə bir odlu silah könüllü olaraq polisə təhvil verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir