Siyasət

Tələbələrə prezident seçkisi ilə bağlı maarifləndirici seminarlar keçirilib – FOTO

Sharing is caring!


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası prezident seçkisi ilk dəfə səs verəcək tələbələr üçün seçki hüququ ilə bağlı maarifləndirici seminarlar silsilə şəkildə davam edir.

Bu barədə Tələbə Gənclər Təşkilatı məlumat yayıb.

Tədbirdə əsas məqsəd seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə maarifləndirmə, habelə baş tutacaq seçkidə ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.

Mütəmadi təşkil olunan sessiyalara 27 dekabr tarixindən etibarən başlanılıb. Seminarlar 8-11 yanvar tarixləri aralığında Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Azərbaycan Texnologiya Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı, Mingəçevir Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, Gəncə Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universitetindən olan 4500 dən çox tələbəni əhatə edib. Sessiyalar  müddətində səsvermə hüququna malik yüzlərlə tələbə iştirak edib. Mərkəzi Seçki Komissiyasının nümayəndələrinin iştirakı ilə reallaşan görüşlərdə gənclərə səsvermə proseduru, seçki sistemi, seçkilər zamanı önəmli olan zəruri hüquqi məsələlər barədə məlumatlar çatdırılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Həyata keçirilən maarifləndirici seminarlar davamlı xarakter daşıyır və ölkə üzrə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində davam etdirilməsi nəzərdə tutulub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir