Cəmiyyət

Bakıda motosikletçi gənc və anası qəzada xəsarət aldılar

Sharing is caring!

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. Belə ki, 23 yaşlı Qasımov Kənan Namiq oğlu və anası, 44 yaşlı Qasımova Zeynəb Əbdül qızının olduğu motosiklet avtomobillə toqquşub.

Hadisə nəticəsində motosikletin sürücüsü və sərnişini xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir