Dünya

Qvatemalada ara qarışdı: Bəzi deputatlar qapalı otağa salındılar – VİDEO

Sharing is caring!


Qvatemalanın seçilmiş prezidenti Bernardo Arevalonun andiçmə mərasimi Respublika Konqresinin (birpalatalı parlament) inauqurasiya iclasında yetərsay olmadığı üçün bir neçə saat yubanır.

Bildirilir ki, iclas səhər saatlarında başlamalı idi. Arevalo iddia edir ki, onun rəqibləri mərasimi qəsdən gecikdirirlər.

“Deputatlar xalqın seçkilərdə ifadə olunan iradəsinə hörmət etməyə borcludurlar. Demokratiyanı qanunsuzluq və hakimiyyətdən sui-istifadə ilə sarsıtmağa cəhd göstərirlər. Qvatemala xalqı və beynəlxalq ictimaiyyət bunu izləyir”, – deyə o, “X” hesabında yazıb.

Arevalonun tərəfdarları Qvatemala şəhərinin küçələrinə toplaşaraq, mərasimin başlanmasını tələb edib, eləcə də rəhbərliyi seçkinin nəticələrinin təsdiqinə mane olan Respublika Baş Prokurorluğunun əleyhinə şüarlar səsləndiriblər.

Sosial şəbəkələrdə seçilmiş prezidenti dəstəkləyən deputatların mərasimdən əvvəl zəncirlənməsi, polislərin isə Arevaloya dəstək üçün toplaşan insanlara qarşı gözyaşardıcı qazdan istifadə etməsi ilə bağlı kadrlar yayılıb və bu çevrilişin əlamətləri kimi qiymətləndirilir.

Bernardo Arevalo Qvatemalanın ən məşhur lideri Xuan Xose Arevalonun oğludur.

Arevalonun andiçmə mərasimində İspaniya kralı VI Filip, bir sıra Latın Amerikası ölkələrinin rəhbərləri, həmçinin ABŞ və Aİ rəsmiləri iştirak edirlər.

Mənbə: “Svejesti” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir