Cəmiyyət

Lənkəranda qəza: Ölən var

Sharing is caring!


Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb.

“Report”un məlumatına görə, hadisə Şağlaser kəndində baş verib.

Belə ki, kənd sakini, 1959-cu il təvəllüdlü Firdovsi Mansur oğlu Paşayevi naməlum avtomobil vuraraq xəsarət yetirib. Hadisədən xəbər tutan kənd sakinləri təcili yardıma zəng vurublar. Lakin yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisəni törədən sürücü ərazidən yayınıb. Lakin keçirilən tədbirlər zamanı onun kimliyi müəyyən olunub.

Fakt araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir