Siyasət

Qırğızıstan və Tacikistan dövlət sərhədi məsələlərində prinsipial razılığa gəlib

Sharing is caring!


Qırğızıstan və Tacikistan nümayəndə heyətlərinin rəhbərləri dövlət sərhədinin delimitasiyası məsələsini müzakirə ediblər.

Məlumata görə, tərəflər bir neçə istiqamət üzrə prinsipial razılığa gəliblər.

“Biz əsas fundamental məsələləri müzakirə etdik. Həyati vacib məqamlar var idi. Bu məsələlərdə prinsipial razılıq əldə olunub. Biz protokol, sənəd hazırlamışıq. Bütün tərəflər tam razıdırlar. Biz irəliyə doğru çox əhəmiyyətli bir addım atacağıq”, – deyə Tacikistan Dövlət Komitəsinin rəhbəri Saymumin Yatimov bildirib.

Qeyd edək ki, iki ölkə arasındakı sərhədin uzunluğu təxminən 980 km-dir ki, bunun da 400 km-i mübahisəli sayılır.

2022-ci il sentyabrın 14-də Qırğızıstan-Tacikistan sərhədində münaqişə baş verib və bu münaqişə zamanı hər iki tərəfdən onlarla hərbçi həlak olub, 200-dən çox vətəndaş yaralanıb.

Mənbə: vedomosti.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir