Cəmiyyət

Hava şəraiti ilə əlaqədar ölkə polisinə müvafiq göstərişlər verilib

Sharing is caring!


Yanvarın 14-16-sı tarixlərində paytaxt, eləcə də respublikanın magistral yollarının buz bağlama ehtimalı var.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Sürücülər sürət həddini hava şəraitinə uyğun tənzimləməli, ötmə əməliyyatından və qəfil manevrlərdən çəkinməlidirlər. Təcrübəsi az olan sürücülərin buz bağlayan yollarda avtomobil idarə etmələri tövsiyə edilmir.

Hava şəraiti ilə əlaqədar DİN tərəfindən ölkə polisinə müvafiq tapşırıq və göstərişlər verilib, zərurət yaranacağı təqdirdə xidmətə əlavə canlı qüvvə və texnikanın çıxarılması təmin olunacaq.

Qurum vətəndaşlardan xahiş edir ki, hava şəraiti ilə əlaqədar qaydalara əməl etsinlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir