Siyasət

Prezident seçkisində təşviqat materialları üçün yerlər müəyyənləşdirilib – FOTO

Sharing is caring!


Növbədənkənar prezident seçkisində seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi üçün ayrılan müddət başa çatıb.

APA-nın xəbərinə görə, Seçki Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, dairə seçki komissiyasının təklifi ilə yerli icra hakimiyyəti orqanı və bələdiyyə qurumları səsvermə gününə azı 30 gün qalanadək seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsini təmin etməlidir.

Növbədənkənar prezident seçkisi ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 8-dək olan dövrü əhatə edib və artıq təşviqat materialları üçün yerlər müəyyənləşdirilib.

Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkisi keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir