İdman

Azərbaycan Premyer Liqasında mövsümün ən gənc beş futbolçusunun adı açıqlanıb – SİYAHI

Sharing is caring!


Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ən gənc beş futbolçusunun adı açıqlanıb.

Bu barədə Peşəkar Futbol Liqasının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, ilk yarıda 18 yaşadək iki futbolçu meydana çıxıb.

İlk iki dövrənin hər iki gənc oyunçusu “Sumqayıt”ın üzvüdür. İlk turda şans qazanan Nihad Əhmədzadə mövsümün ən gənc futbolçusudur. Sənan Muradlı isə bu siyahıda ikincidir.

Onlardan başqa daha bir futbolçu 19 yaşadək Premyer Liqa matçına çıxıb. Bu, “Turan Tovuz”un oyunçusu Cavid Qasımovdur.

Mövsümün ən gənc 5 futbolçusu:

1. Nihad Əhmədzadə (“Sumqayıt”) – 17 yaş 12 gün

05.08.2023. “Səbail” – “Sumqayıt” 1:4

2. Sənan Muradlı (“Sumqayıt”) – 17 yaş 338 gün

08.12.2023. “Sumqayıt” – “Qarabağ” 1:6

3. Cavid Qasımov (“Turan Tovuz”) – 18 yaş 58 gün

28.10.2023. “Turan Tovuz” – “Kəpəz” 4:0

4. Cavad Kərimov (“Kəpəz”) – 19 yaş 20 gün

06.08.2023. “Kəpəz” – “Neftçi” 1:0

5. Nəriman Axundzadə (“Qarabağ”) – 19 yaş 104 gün

05.08.2023. “Qarabağ” – “Zirə” 0:1

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir