Siyasət

Qərbi Azərbaycan İcması Ermənistan XİN-ə cavab verib

Sharing is caring!


“Ermənistanın “erməni mədəni irsinin dağıdılması”ndan danışması ilk növbədə riyakarlıqdır”.

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

“Ermənistan Xarici İşlər Nazirliyinin 2023-cü il 19 dekabr tarixli açıqlaması ilə əlaqədar bildiririk ki, Qərbi Azərbaycan İcmasının Ermənistanda Azərbaycan xalqının mədəni irsi ilə bağlı açıqlamalarını özünün suverenliyinə və ərazi bütövlüyünə təhdid kimi qələmə verən Ermənistanın Azərbaycanın suveren əraziləri olan Qarabağda “erməni mədəni irsinin dağıdılması”ndan danışması ilk növbədə riyakarlıqdır.

Son günlər Ermənistan rəsmilərinin ən azı sözdə tez-tez sülhdən bəhs etməsi fonunda Xarici İşlər Nazirliyinin Azərbaycanı “blokada”, “təcavüz”, “etnik təmizləmə”də ittiham etməsi, “Dağlıq Qarabağ xalqı” kimi qondarma, 2020-ci ildən əvvəlki ifadəni yenidən dövriyyəyə çıxarması Luis Okampo təfəkküründə olan erməni diplomatiyasının destruktiv mahiyyətini və sülh prosesini pozmağa çalışmasını göstərir”, – bəyanatda bildirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir