Siyasət

Azad olunan bütün rayonlarımız Azərbaycanın iqtisadiyyatı üçün aparıcı qüvvə olacaq – ÖZƏL

Sharing is caring!

“Ermənistan işğalda saxladığı bütün rayonlarımızı viran qoyub. Amma mənfur düşmən Ağdam rayonunu tamamilə məhv edib. Buna görə də Beynəlxalq ekspertlər, müşahidəçilər, jurnalistlər və Ağdama səfər edən hər kəs bu ərazini Qafqazın Xirosiması adlandırır. İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür”.

Bu fikirləri “OLAYLAR”-a Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şurasının və İdarə Heyətinin üzvü Könül İsmayılova səsləndirib. O bildirib ki, buna baxmayaraq beynəlxalq ictimaiyyət ərazilərimizin viran qoyulmasına göz yumdular: “Təəssüf doğuran daha bir məsələ isə, ATƏT-dən mandatı olan Minsk Qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər etdilər, anma onlar da gördüklərinə, canlı şahidi olduqlarına göz yumdular. ATƏT nəyinki erməni vəhşiliyi barədə danışmadı, heç Ermənistanı qınamadılar da”.
Dövlət başçısının Ağdama səfərinə diqqət çəkən Könül İsmayılova səfər zamanı prezident İlham Əliyevin bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirak etdiyini vurğulayıb: “Cənab Prezident Ağdamda Ermənistana yönəlik mesajlar da verdi. Ümumilikdə bu forum çox uğurla nəticələnəcək. Ağdam daxil olmaqla Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzura investisiya yatırmaq istəyən şəxslərin, şirkətlərin sayı artacaq. Bununla yanaşı işğaldan azad olunan rayonlarımızda ölkəmizin qısa müddətdə gördüyü işlər çoxdur. Məsələn Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bir sözlə azad olunan bütün rayonlarımız Azərbaycanın iqtisadiyyatı üçün aparıcı qüvvə olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir