Siyasət

Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya qoyuluşları açıqlanıb

Sharing is caring!


“Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 12 milyard ABŞ dollarına çatıb, Azərbaycan şirkətlərinin Türkiyəyə yatırdığı investisiyaların həcmi isə 19,5 milyard ABŞ dollarını ötüb”.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “İş dünyasının görüşü” adlı tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, bu göstəricilərin daha çox artmasına ümid edilir.

“Azərbaycan və Türkiyə prezidentləri bizim üçün hədəf qoyub ki, ölkələr arasında ticarət dövriyyəsinin həcmini 15 milyard ABŞ dollarına çatdıraq. Biz hər ötən il bu hədəfə yaxınlaşırıq. Ümid edirəm ki, ən qısa zamanda bu hədəfə çatacağıq. Bu istiqamətdə ölkələr arasında imzalanan Preferensial Ticarət Sazişinin çox önəmli olduğunu hesab edirik. Bu saziş ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün vacibdir. Preferansial Ticarət Sazişinin genişləndirilməsi üçün müqavilə imzalanıb”, – C.Yılmaz bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir