Dünya

Pakistanda güclü partlayış törədilib: Xəsarət alanlar arasında uşaqlar da var – ANBAAN VİDEO

Sharing is caring!


Pakistanın şimal-qərbindəki Pişəvər şəhərində törədilən partlayış nəticəsində üçü uşaq olmaqla azı altı nəfər yaralanıb.

Hadisə yerində ilkin araşdırma aparan hüquq-mühafizə orqanları hadisənin baş verdiyi yolun yaxınlığındakı sement blokunun altında dörd kiloqram partlayıcının gizlədildiyini müəyyən ediblər.

Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib, onların arasında 7-10 yaş arası uşaqlar da var, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Partlayış nəticəsində qonşu binaların və bir neçə avtomobilin şüşələri sınıb.

Polis yaxınlıqdakı ərazilərdə əməliyyat-axtarış tədbirlərinə başlayıb.

Mənbə: Geo News

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir