Siyasət

Cevdet Yılmaz: “Qarabağın hər yerində Azərbaycan bayrağının dalğalanması hamımız üçün qürurvericidir”

Sharing is caring!


“Qarabağın hər yerində Azərbaycan bayrağının dalğalanması hamımız üçün qürurvericidir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “İş dünyasının görüşü” adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda son illərdə ən böyük tarixi hadisə Qarabağın işğaldan azad edilməsidir.

“Bu böyük zəfərə liderlik edən başda Ali Baş Komandan, Prezident İlham Əliyevə və əməyi keçən hər kəsə ürəkdən təşəkkür edirik. Zəfər əldə edərkən şəhid olanlara rəhmət diləyirik. İndi işğaldan azad edilən bu torpaqların bərpa və dirçəldilməsi zamanıdır. Qarabağın çox güclü, inkişaf etmiş bölgə olması üçün əməkdaşlığımızı ən yuxarı səviyyədə davam etdirəcəyik. Turizmdən kənd təsərrüfatına qədər bütün sahələr daxil olmaqla əməkdaşlığımız davam edəcək”, – C.Yılmaz bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir