MARAQLI

Elektrik enerjisinin təsirinə məruz qalsa da, relslərin üzərinə yıxılan kişini buraxmadı – FOTO/VİDEO

Sharing is caring!

Çikaqo sakini dəmir relslərin üzərinə yıxılan və elektrik enerjisinin təsirinə məruz qalan kişinin həyatını xilas edib.

Hadisə anı şahidlər tərəfindən qeydə alınıb.

20 yaşlı Entoni Perrinein sözlərinə görə o, kişini qaldırarkən özüdü də elektrik cərəyanının təsirinə qalıb, buna baxmayaraq, zərərçəkəni buraxmayıb.

Perri  huşsuz vəziyyətdə olan kişini relslərdən uzaqlaşdırır, sonra başqa bir sərnişinin yardımı ilə təcili yardım gələnə qədər ona ürək massajı edir.

Naməlum kişi xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağır qiymətləndirilir.

Polis kişinin relslərin üzərinə yıxılmasının səbəbini araşdırır.

Bu arada Çikaqoda yerli icmanın lideri Perriyə göstərdiyi şücaətə görə avtomobtil hədiyyə edib.

Mənbə:  Daily Mail

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir