İdman

Nəriman Abbasov daha bir döyüşünü qələbə ilə başa vurdu – VİDEO

Sharing is caring!

Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov Rusiyanın paytaxtı Moskvadakı “AMC Fight Nights”da yerli idmançı Marif Pirayevlə üz-üzə gəlib.

Döyüş Abbasovun qələbəsi ilə yekunlaşıb.

İlk 2 raundda aşkar üstünlüyə malik olan 28 yaşlı döyüşçü Pirayevə ardıcıl zərbələr endirib. Bu səbəbdən, rusiyalı idmançının məşqçiləri üçüncü raundu davam etdirmək istəməyib.

Beləliklə, Abbasov çempionluq kəmərini növbəti dəfə müdafiə edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir