İdman

Messinin həyat yoldaşı oğlunun dəftərindəki yazıları paylaşdı: “Çempion olmağımızı istəyirəm” – FOTO

Sharing is caring!

Lionel Messinin böyük oğlu Tyaqo 2022-ci il dünya çempionatının finalı öncəsi atasına və Argentina millisinə müraciət edib.

Uşağın dəftərindən fotonu anası Antonella Rokutso sosial şəbəkələrdə paylaşıb.

Oğlan Argentina rok qrupu “La Mosca”nın mahnısının sözlərindən sitat gətirib.

“İndi yenə ümidimiz var. Mən üçüncü DÇ-ni qazanmağımızı istəyirəm. İstəyirəm ki, dünya çempionu olaq. Dieqo isə cənnətdə Lionelə azarkeşlik etsin”, – Tyaqo mahnının sözlərini özünəməxsus şəkildə dəyişərək yazıb.

Qeyd edək ki, Argentina və Fransa arasındakı final oyunu dekabrın 18-də keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir