Kriminal

Azərbaycanda bir gündə 15 kiloqramdan çox narkotik vasitə aşkar olunub

Sharing is caring!


Polis əməkdaşlarının yanvarın 11-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 15 kiloqram 640 qramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 14 kiloqram 150 qram marixuana, 227 qramdan çox heroin, 530 qram tiryək, 530 qrama yaxın metamfetamin və 202 ədəd metadon həbi olub.

DİN-dən bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir