Siyasət

Azərbaycan-Türkiyə Hökumətlərarası İqtisadi Komissiyanın iclası Ankarada keçiriləcək

Sharing is caring!


“Azərbaycanla Türkiyə arasında Hökumətlərarası İqtisadi Komissiyanın iclası gələn il Ankarada keçiriləcək”.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “İş dünyasının görüşü” adlı tədbirdə çıxışı zamanı deyib.

C.Yılmaz qeyd edib ki, Ankarada iş dünyası bir araya gələcək:

“Azərbaycanın Baş naziri Əli Əsədovla Ankarada iş dünyamızı bir araya gətirəcəyik. Dəqiq tarix bəlli deyil, lakin fevral ayının ikinci yarısında baş tuta bilər. İki ölkənin ticarət və iqtisadi münasibətləri üçün yeni bir yol xəritəsi hazırlayacağıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir