Siyasət

ABŞ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir

Sharing is caring!


ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen ümid edir ki, tezliklə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq.

O, bu barədə “Amerikanın səsi” radiosuna müsahibəsində deyib.

C. O`Brayen tərəflər arasındakı hərbçilərin mübadiləsini alqışlayıb:

“Düşünürəm ki, iki ölkənin bir-biri ilə danışması və praktiki razılaşmalar əldə etməsi, həqiqətən, vacibdir. Hərbçilər artıq öz evlərindədirlər”.

O, həmçinin, iki ölkənin birgə bəyanatını da müsbət qiymətləndirib:

“Hər iki tərəf sülhdə maraqlı olduğunu bildirib. Biz, eləcə də Avropa İttifaqındakı (Aİ) tərəfdaşlarımız bu prosesə dəstək verməyə hazırıq. İstərdik ki, bütün bunlar mümkün qədər tez bitsin. Çünki sülhün tezliklə əldə olunması çox faydalıdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir