Cəmiyyət

Nazir: “Bir şagirdin təhsili üçün yeddi min manat xərcləyirik”

Sharing is caring!


“Bu gün biz bir şagirdin təhsili üçün yeddi min manat xərcləyirik. Bu, demək olar ki, özəl təhsil müəssisəsi ilə eynidir”.

Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, xərclərə baxmayaraq, nəticə aşağıdır:

“Bakıda ən böyük tutumu olan məktəbin bir şagirdi üçün bu rəqəm 600 manat, ucqar kənddə 30 min manatdır. Bu da paylanma baxımından doğru deyil. Dövlət vəsaitinin daha səmərəli, nəticəyönümlü xərclənməsi istiqamətində rasionallaşdırma tədbirlərini davam etdirəcəyik”.

Nazir 2020-2023-cü illər ərzində ümumi təhsildə İKT inkişafından da danışıb:

“2020-ci ilin sonunadək 220, 2021-ci ilin sonunadək 478, 2022-ci ilin sonunadək 1180, 2023-cü ilin sonunadək 1365 məktəb fiber-optik şəbəkəyə qoşulub. 2026-cı ilədək 1500 məktəbin fiber-optik şəbəkəyə qoşulması planlaşdırılır. Şagird-kompüter nisbətində 2020-ci ildə 36 şagirdə bir kompüter düşürdüsə, 2026-cı ildə bu say altı şagirdə bir kompüter təşkil edəcək”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir