Cəmiyyət

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclası keçirilib – FOTO

Sharing is caring!


Dekabrın 14-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

İclasda “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarı və qərarın tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasına dair plan təsdiq edilib. 

İclasda, eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 8 oktyabr tarixli qərarı ilə “Həbs və ev dustaqlığı qətimkan tədbirlərinə dair müraciətlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Plenumun 2009-cu il 3 noyabr tarixli qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələri müzakirə edilərək, təsdiq edilib. 

Plenumda, həmçinin konkret işlərə baxılıb. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir