Siyasət

Qarabağ”ın baş məşqçisi Prezident İlham Əliyevin dəstəyindən danışıb

Sharing is caring!


Qarabağ”ın baş məşqçisi Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda “Hekken”lə keçirilən matçdan sonra mətbuat konfransında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

– Doqquz il əvvəlki “İnter”lə oyundan sonra demişdiniz ki, bu yolda davam edəcəyik…

– Həmin oyun yadımdadır. Başqa şanslarımız da olmuşdu. Amma biz həmişə irəli baxırıq. Geriyə baxmaq, həmin sayılmayan qolu xatırlamaq istəmirəm. Bəlkə də bizim üçün faydası oldu. Düzdür, doqquz il əvvəl adımız siyahıda olmalı idi. Amma alınmadı və buna baxmaq olmaz. Həmin oyundan sonra Prezident İlham Əliyev də bizi qəbul etmişdi, bu da bizi möhkəmləndirmişdi. Böyük dəstək olmuşdu bizə. Ondan sonra da şanslar var idi. PAOK-u hər iki matçda udduq, amma sonra onlar “Fiorentina”nı udub qrupdan çıxdı.

– Telefonda ilk sizi təbrik edən kim oldu?

– Zaqatala rayonunun icra başçısı idi. Azarkeşdir və hər zaman mənə zəng edib təbrik edir.

– Potensial rəqiblərinizin içərisində kimisə xüsusi olaraq görmək istəyərdiniz?

– Ordakı komandalar Çempionlar Liqasında uğur qazanmaq üçün mübarizə aparırlar. Kimisə seçmək istəməzdim.

– Ötən il Konfrans Liqasında 1/16 final mərhələsinə çıxanda aparıcı bir neçə futbolçunu başqa klublar aldı. Bu dəfə daha böyük turnirdə 1/16 final mərhələsinə çıxmısız. Qorxmursuz ki, oyunçularınıza “elçi” düşənlər çoxalacaq…

– Açığı, bu cür hallarla rastlaşırıq. Bu il də futbolçularımızla maraqlananlar var. Amma bu, normal haldır.

– Marko Veşoviç “qırmızı” almamışdan öncə sanki onu əvəzləmək istəyirdiniz…

– Sarı vərəqə alanda əvəzləmək istəyirdim. Çünki qırmızı vərəqə almaq ehtimalı var idi. Sağ olsun hakim imkan vermədi (gülür).

– Kadi Borxes yenidən “Qarabağ”a qayıda bilər?

– Belə bir söhbət yoxdur. Amma burdan gedən hər kəsə qapımız açıqdır. Kadinin böyük müqaviləsi var. İnşallah, “qayıdar” desəm də, düz çıxmayacaq.

– Sizcə, Musa Qurbanlı bu oyundan sonra düşündümü ki, kaş bu il də “Qarabağ”da qalardım?

– Musa fərqli xarakterdə oyunçudur. Onun üçün legioner həyatı yaşamaq çox önəmli şeydir. Avropanın ortabab ölkələrində oynamaq da yaxşı hal sayılır. Düşünmürəm ki, o heyfislənir. Əgər bu düşüncədə olsa, inkişaf edə bilməz.

– Həmişə biz bunu düşünürük, bu dəfə sizdən soruşaq ki, Qurban Qurbanov olmasaydı, Azərbaycan futbolu nə edərdi?

– Hansı sahədə oluruqsa, Azərbaycan vətəndaşıyıqsa, məsuliyyətli olmalıyıq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir