Siyasət

Ermənistan hökuməti Arazdəyəndəki zavodun yerinin dəyişməsi barədə qərar verib

Sharing is caring!


Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində, Arazdəyən qəsəbəsində inşası dayandırılan “Erməni-Amerikan” metallurgiya zavodunun yeri dəyişdirilir.

Ermənistan mediasının məlumatına görə, hökumət bununla bağlı qərar verib.

Bildirilir ki, zavod Vedibasar (Ararat) rayonunda Dəvəli kəndinə köçürüləcək.

Xatırladaq ki, Azərbaycan tərəfi metallurgiya istehsalının əhaliyə və ətraf mühitə zərər yetirəcək təhlükəli emissiyalara səbəb ola biləcəyini dəfələrlə bəyan edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir