Dünya

Türkiyədə “TikTok” və “X” sosial şəbəkələrində ədəbsiz canlı yayım edənlər saxlanıldılar – FOTO

Sharing is caring!


Türkiyənin İstanbul şəhərində sosial şəbəkələrdə ədəbsiz videolar paylaşdıqları, qeyri-etik canlı yayımlar etdikləri və pornoqrafik məzmunlu söhbətlər etdikləri ittihamı ilə beşi qadın olmaqla altı nəfər saxlanılıb.

İstanbulda Asayiş Şöbə Müdirliyi və Əxlaq Bürosu qrupları tərəfindən “TikTok” və “X” (keçmiş “Twitter”) sosial şəbəkələrində ədəbsiz məzmunlu canlı yayımlar edən və digər hesablar vasitəsilə pornoqrafik videolar paylaşan şübhəlilərə qarşı əməliyyat keçirilib.

Əməliyyat zamanı canlı yayımda əxlaqsız ifadələr işlətdiyi məlum olan şübhəlilərin ünvanlarına basqın edilib və saxlanılaraq Asayiş Şöbə Müdirliyinə gətiriliblər. Barələrində Türkiyə Cinayət Məcəlləsinin 226-cı (ədəbsizlik) maddəsi üzrə prosedurlar həyata keçirilən şübhəlilərdən dördü prokurorluğa aparılıb. Daha sonra onlardan ikisi ifadələri alındıqdan sonra sərbəst buraxılıb.

Qeyd edək ki, daha əvvəl sosial media hesabından pul qarşılığında ədəbsiz məzmunlu canlı yayım edərək bir saatda 100 min Türkiyə lirəsi (təxminən 5 800 manat) topladığı iddia edilən 35 yaşlı qadın da saxlanılıb və ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir