Siyasət

Şalva Papuaşvili: “Gürcüstan və Azərbaycan parlamentləri əməkdaşlıq memorandumu üzərində işləyirlər”

Sharing is caring!


“Gürcüstan və Azərbaycan parlamentləri əməkdaşlıq haqqında ümumi memorandumun yaradılması üzərində işləyirlər”.

Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Bakıda azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşdən sonra bildirib.

“Biz parlamentlər arasında əlaqələrin daha da yüksək səviyyəyə qaldırılması, parlamentlər arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq memorandumunun işlənib-hazırlanması barədə söhbət apardıq”, – deyə Papuaşvili bildirib.

Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan parlamentləri arasında sıx əlaqələr sərhəd keçidi və yüklərin daşınması kimi bir sıra prosedurların sadələşdirilmiş şəkildə həyata keçirilməsi üçün qanunvericilik bazasının yaradılmasına kömək edəcək.

Xatırladaq ki, Papuaşvili Gürcüstandan nümayəndə heyətinin tərkibində Milli Məclisin sədri Sahibə Qafarovanın dəvəti ilə dekabrın 10-da Azərbaycana rəsmi səfərə gəlib. Papuaşvili Bakıya səfəri çərçivəsində artıq Prezident İlham Əliyevlə görüşüb.

Mənbə: “Sputnik” Gürcüstan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir