Siyasət

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktor vəzifəsinə təyinat olub – FOTO

Sharing is caring!


Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il tarixli Sərəncamına əsasən yaradılan Gənclərin İnkişaf və Karyera Mərkəzində (GİKM) yeni təyinat olub.

GİKM-in Baş direktor vəzifəsinə Azər Əliyev təyin edilib.

Bundan əvvəl Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri olaraq fəaliyyət göstərən Azər Əliyev, eyni zamanda 2022-ci il Gənclər üçün Prezident Mükafatçısıdır.

Qeyd edək ki, respublikanın şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə yaradılan Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir