Cəmiyyət

“Zəfər Liqası 2023” sona çatdı – FOTO

Sharing is caring!


Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, “ASAN xidmət”in dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində təşkil edilən “İdman və Sağlamlıq” istiqaməti üzrə “Sağlam könüllü” layihəsinin ikinci hissəsi olan “Zəfər liqası” baş tutub.

8 noyabr Zəfər gününə həsr olunmuş turnirin final mərhələsi “Azərbaycan Könüllülük Həftəsi 2023”də keçirilib.

Azərbaycan Futbol Federasiyaları Assosiyasiyasının tərəfdaşlıq etdiyi turnirin bağlanış mərasimində Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, Kütləvi Futbol departamentinin rəhbəri Fərrux İsmayılov və AKTİ-nin sədri Yusif Vəliyev iştirak edib. Qonaqlar Zəfər günündən etibarən start götürən turnirlə əlaqədar təəssüratlarını bölüşərkən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə gələcəyimizi etibar edə biləcəyimiz gənc nəslin yetişdiyini xüsusi olaraq vurğulayıb və yetişən həmin gəncliyin əldə etdiyimiz Zəfərdə göstərdiyi  şücaət bir daha dilə gətirilib.

Sayca 3-cü dəfə təşkil olunan və AKTİ-yə üzv təşkilatları təmsil edən könüllülərdən ibarət 12 komandanın iştirak etdiyi turnir, UEFA-nın “Hat-trick” proqramı üzrə həyata keçirilib. Turnir çərçivəsində ardıcıl olaraq qrup mərhələsi, 1/4 final, yarımfinal və final oyunları baş tutub. Həlledici mübarizədə “Turizm Könüllüləri” və “Aqrar İnkişaf Könüllüləri”ni təmsil edən komandalar üz-üzə gəlib. 7 dekabr tarixində baş tutan turnirin final mərhələsində gərgin keçən oyunun ardından “Aqrar İnkişaf Könüllüləri” komandası 3:1 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olub. Qalib komandanın iştirakçıları mükafatlandırma mərasimində iştirak edən rəsmi nümayəndələr tərəfindən kubok və medallarla təltif edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir