Siyasət

Britaniyalı ekspert: “Azərbaycan minatəmizləmə məsələsində bir çox ölkələrə örnək ola bilər”

Sharing is caring!


“Azərbaycan minatəmizləmə məsələsində bir çox ölkələrə örnək ola bilər, bu, hər şeyin düzgün aparılmasına nümunədir”.

Bunu “Report”a açıqlamasında “Revive” minalarla mübarizə üzrə qeyri-hökumət təşkilatının (Böyük Britaniya) direktoru Naycel Ellvey məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan üçün əsas prioritet məcburi köçkünlərin təhlükəsiz qayıtmasını təmin etməkdir və hökumət bu məqsədə nail olmaq üçün fəal işləyir:

“Bu gün insanların təhlükəsiz şəkildə geri qayıtmasını təmin etmək lazımdır. Əgər onların qayıdışı yalnız bu evlərlə məhdudlaşacaqsa, məcburi köçkünlərin öz evlərinə qayıtmasının mənası yoxdur”.

“Mənim Azərbaycana gəlməyimin səbəbi ondan ibarətdir ki, ölkənizdə postmünaqişə dövründə necə düzgün hərəkət edilməli olduğunu görmək mümkündür. Ümid edirəm ki, çoxları bu təcrübəni öyrənə bilər və daha sonra bu, Ukrayna kimi yerlərdə tətbiq oluna bilər. Əslində, bu təcrübə münaqişə başa çatdıqda nələrin baş verdiyini anlamağa kömək edəcək: əraziyə qayıtmaq, minaları və partlamamış hərbi sursatları təmizləmək, sonra isə dağılmış infrastrukturun bərpasına başlamaq lazımdır”, – o vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir