Cəmiyyət

Anar Bağırov növbəti dəfə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilib – FOTO

Sharing is caring!

Anar Bağırov növbəti dəfə Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin sədri seçilib.

“Report” xəbər verir ki, bu barədə dekabrın 6-da Bakıda keçirilən Azərbaycan VK üzvlərinin növbəti konfransında elan edilib.

Konfransda A.Bağırov tədbiri açıq elan edib və sonra Dövlət himni və Vəkil Marşı səsləndirilib. Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri A.Bağırov məlumat verərək bildirib ki, konfransda respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən vəkil qurumlarının nümayəndələri və fərdi vəkillər, vətəndaş cəmiyyəti institutları, xarici qonaqlar, habelə KİV nümayəndələri iştirak ediblər.

Çıxış edən A.Bağırov kollegiyanın son 5 ildəki fəaliyyəti barədə qısa məlumat verib. Sonra VK-nın 2017-2022-ci illərdəki fəaliyyətini özündə əks etdirən hesabat filmi nümayiş olunub.

Daha sonra gündəliyə uyğun olaraq seçkilər keçirilib.

Belə ki, A.Bağırov Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir