Siyasət

Gürcü politoloq: “SPECA sammiti Orta Dəhliz üzrə bütün layihələrin inkişafına xidmət edəcək”

Sharing is caring!


“BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə sammiti çox mühüm tarixi hadisədir. Bu tədbir həm də Orta Dəhliz üzrə bütün layihələrin inkişafına xidmət edəcək”.

Bu sözləri “Report”a açıqlamasında gürcü politoloq Simon Kopadze söyləyib.

Onun sözlərinə görə, Mərkəz Asiya ölkələri liderlərinin Bakıda toplaşması çox mühüm hadisədir:

“Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi qonağı qismində iştirakını ayrıca qeyd etmək lazımdır. Bu cür tədbirlər bizim ölkələrimizin regiondakı rolunu daha da gücləndirir”.

S.Kapadze qeyd edib ki, infrastrukturun inkişafı hər bir dövlətin iqtisadiyyatının inkişafı deməkdir:

“Eyni zamanda, əlavə iş yerlərinin açılması, ölkəyə pul axınının artması ilə yanaşı, həm də dövlətlərin təhlükəsizliyinin qorunması deməkdir. Ona görə də, demək olar ki, bu Zirvə görüşü hər bir cəhətdən mühüm əhəmiyyət kəsb edən vacib bir tədbirdir”.

“Bu gün qərblə şərqi birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolunun inkişafı da prioritet məsələlərdəndir. Bu magistral birbaşa Gürcüstanın Qara dəniz limanlarına da müsbət təsir edəcək. Dost və tərəfdaş ölkələrin dəstəyi ilə Anakliya limanının tikintisi də başa çatdıqdan sonra regionun iqtisadi cəhətdən potensialı daha da artacaq”, – politoloq qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir