Siyasət

Prezidentin xüsusi nümayəndəsi özəl sektora çağırış edib

Sharing is caring!


Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov özəl sektora çağırış edib.

“Report”un hazırda Laçında olan əməkdaşının verdiyi xəbərə görə, o bu barədə “İşğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məskunlaşmasında məşğulluğun rolu: peşə bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda keçirilən dəyirmi masada bildirib.

Xüsusi nümayəndə deyib ki, Laçın biznes üçün açıqdır:

“Özəl sektoru Laçında iş yerlərinin açılmasında fəal olmağa çağırıram. Çünki insanların məşğulluq məsələsi dövlət və özəl sektorun əməkdaşlığı nəticəsində daha asan həll olunur. Biz buna uzunmüddətli sosial proqram kimi baxırıq. Nə qədər məhsuldar əməkdaşlıq olsa, bir o qədər tez insanların məşğulluq problemi tez həll oluna bilər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir